Təranə Müşfiqi təlxək adlandırdı

Müğənni Təranə Qumral "Xəzər" kanalında "Xəzər axşamı" verilişində qonaq olub. SİA xəbər verir ki, müğənni həyat yoldaşı Musa Musayevi parodiya edən aktyor Müşfiq Şahverdiyevi sərt tənqid edərək onu təlxək adlandırıb: "Onların reytinqi bizdən sonra daha çox oldu. Parodiya etdiyin insanı heç olmazsa, bir az da olsa yamsılamağı bacarmalısan, oxşatmalısan. Müşviqi tikanlamışam, qulağına da çatıb. Bir var insan parodiya edir, bir də var Müşviq kimi... O təlxəklik edir. Dəfələrlə özünə də demişəm. İnsan parodiya etməlidir, amma hər şey çərçivə daxilində".

Müğənni Musa Musayev isə parodiya zamanı Müşfiqin yalnış hərəkətlər sərgilədiyini bildirib: "Allah rəhmət eləsin, Xalq artistləri Səyavuş Aslan, Yaşar Nuri, Arif Quliyev kimi gözəl yumor aktyorlarımız olub. Kimləri parodiya ediblərsə, yerində olub. Müşfiqin xətrini çox istyirəm, amma parodiya edərkən belə çərçivədən çıxmaq olmaz".

Bütün xəbərlər Facebook səhifəmizdə