Türkiyəli aktrisa geyimi ilə göz qamaşdırdı

Türkiyənin məşhur aktrisası Handə Erçəl yeni illə bağlı paylaşım edib. SİA bildirir ki, 30 yaşlı aktrisa qırmızı və dekolteli libası ilə, bütün gözləri yenidən öz üstünə çəkib. Qeyd edək ki, 32.2 milyon fanatı olan Hande yeni il kolleksiyası üçün “NOCTURNE” firması ilə iş birliyi edir.

Aktrisa haqqında qısa olaraq bildirək ki, Hande Erçel 24 noyabr 1993-cü ildə İstanbulda anadan olub. Memar Sinan Gözəl Sənətlər Universitetinin, ənənəvi türk sənətləri bölməsində təhsil alıb. 2012-ci ildə Azərbaycanda keçirilən gözəllik yarışmasına qatılaraq ikinci olub.

2016-2017-ci illər arasında Show TV-də yayımlanan “Aşk Laftan anlamaz “ serialında “Hayat Uzun “ obrazını canlandırıb. Erçel bu serialdakı işinə görə Ən Yaxşı Qadın Komediya Aktyoru nominasiyasında “Altın Kelebek” Mükafatını qazanıb.

Erçel hazırda “Bambaşka “ serialında “Leyla Gediz” obrazını canlandırır.

Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə