Barış Arduç həyat yoldaşının yeni filmi haqqında danışıb

Türkiyəli məşhur aktyor Barış Arduç jurnalistlərə verdiyi açıqlamasında “Həyat yoldaşımı çox istedadlı görürəm” ifadəsini işlədib. SİA xarici mətbuata istinadən xəbər verir ki, sevilən türk aktyor Barış Ardunç bir restorandan çıxarkən kameralara tuş gəlib. Jurnalistlərin suallarını cavablayan aktyor həyat yoldaşı Gupse Özayın yeni filmi “Lohusa” haqqında danışıb: “Çox təsirləndim. Filmlə bağlı heç bir ipucu vermək istəmirəm. Həyat yoldaşımı çox istedadlı görürəm, o həmişə yaxşı filmlər çəkir. Bu saatlarda qızım yatır. Həyat yoldaşımla çox yaxşı iş birliyimiz var. İşi olanda mən baxıram, mənim işim olanda o baxır".

Qeyd edək ki, Barış Ardunç və Gupse Özay ilk dəfə 2014-cü ildə çəkilən Deliha filmində birlikdə rol almışdı. İllər boyu birlikdə olan cütlük 29 iyul 2020-ci ildə ailə həyatı qurduqdan sonra 2022 –ci ildə qızları Asya dünyaya gəlib. Arduç başqa müsahibəsində "Evləndikdən sonra həyatımda heç nə dəyişməyib. Yeddi ildir birlikdəyik, evlilik bizim üçün simvolik bir şeyə çevrilib” ifadələrini işlədib.

Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə