Məşhur aktrisa Serenay Sarıkaya uşaqlığı ilə bağlı səmimi açıqlamalar verib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, müsahibəsində səmimi açıqlamalar verən Sarıkaya keçmiş həyatından danışıb.

Hazırda aktrisa Cansu Tosunun atası ilə haram eşq yaşayan anasının boşanma dövründən danışan gözəl aktrisa həmin günlərin ona çox şeylər öyrətdiyini deyib. O, müsahibəsində söyləyib: "Valideynlərim boşandıqdan sonra bibim, mən və anam uzun illər bir yerdə yaşadıq. Evdə davamlı olaraq bu üslubda olan kitablar oxunur, hər cür gündəlik və ya qeyri-adi hadisələr ev məclisində psixoloji çərçivədə dəyərləndirilirdi. Mən o yaşda belə empatiya, anlama, öz fikrimi düzgün ifadə etmə, davranışlarımı və duyğularımı dərindən və səmimi şəkildə həyata keçirmək bacarığı qazanmışdım. Bu, həyatım boyu mənə çox kömək etdi. Həm iş həyatımda, həm də şəxsi həyatımda".

Bütün xəbərlər Facebook səhifəmizdə