"Survivor"un iştirakçısı övladlıqdan rədd edildi

"Survivor” yarışması ilə tanınan Türkiyəli idmançı Nagehan Karadere ailəsi tərəfindən övladlıqdan rədd edilir. SİA Türkiyə mətbuatına istinadən bildirir ki,”Survivor 2024 All Star”a qatılmaq üçün həftələr əvvəl hazırlıqlara başlayan idmançı Nagehan Karadere bu xəbəri qardaşının "instagram” hesabından öyrənib.

Fehmi Karadere, bacısı Nagehan Karaderedən ailəlikcə imtina etmək üçün məhkəməyə müraciət etdiklərini deyib. O, sosial media hesabında "Nagehan adlı bu insanın bizim ailəmizlə heç bir əlaqəsi qalmamışdır. Məhkəmə orqanları ilə əlaqə saxladıq, anam və atamın adından ondan imtina etmək üçün məhkəməyə müraciət etdik. Bizi 3 qəpiyə satanları, biz də pulsuz veririk" sözlərini qeyd edib. Nagihan Karadere hələlik qardaşının paylaşımları ilə bağlı heç bir açıqlama verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə