Əfsanəvi Nikolas Keyc kino ilə vidalaşır. Hollivudun ən çox axtarılan aktyorlarından biri təqaüdə çıxacağını açıqlayıb.

“Simasız” və “60 saniyəyə qaçırmalı” filmlərinin ulduzu demək olar ki, aktyorluğu dayandırdığını və böyük ekranda istədiyi bütün rolları oynadığını bildirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Keyc əlavə edib ki, o, nəhayət peşəsini tərk etməzdən əvvəl daha üç və ya dörd filmdə görünə bilər.

Qeyd edək ki, 59 yaşlı Oskar laureatı ailəsi ilə daha çox vaxt keçirmək istədiyini bildirib. Bununla belə, o, əvvəllər heç vaxt etmədiyi seriallarda özünü sınaya biləcəyini istisna etməyib.

Daha əvvəl ÇSKA-nın keçmiş futbolçusu Alan Dzaqoev karyerasını başa vurduğunu açıqlamışdı.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə