Məşhur aparıcıdan kəskin sözlər

Tanınmış aparıcı və aktrisa Turanə Hüseynli "Altın Kelebek" mükafatı ilə bağlı qalmaqallı fikirlər səsləndirib. SİA xəbər verir ki, aparıcı qaliblərin geyimləri ilə bağlı irad səsləndirənləri onların sevincinə şərik olmağa dəvət edib.

"Ey gözəl insanımız, heç kimi, heç nəyi bəyəndirmək olmur də sizə. Hər şeyin ən yaxşısını siz bilirsiz, oldu. Kimə hansı mükafatı necə verəcəklərini də siz bilirsiz. Hansı geyimin yaxşı olduğunu da. Amma əmin olun, bizə mükafat verilməyəndə, gətirib sizə verməyəcəklər. Dincəlin. Başqalarının uğurlarına sevinməyi, ən azı susmağı bacarın".

Qeyd edək ki, keçən il “Altın kelebek” in “Azərbaycanın ən parlaq ulduzu” nominasiyası üzrə mükafat alanlar arasında Turanə Hüseynli də var idi. Onun geyimi də müzakirələrə səbəb olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə