Türkiyənin nüfuzlu mükafatlarındann sayılan "Pantene Altın Kelebek" bu axşam 49-cu dəfə sahiblərinə təqdim olunub. SİA xəbər verir ki, kino, TV və musiqi dünyasının ulduzlarını bir araya gətirən möhtəşəm gecədə müğənni Samirə Əfəndi "Azərbaycanın parlayan səsi" mükafatına layiq görülüb.
O, mükafatını Türkiyədə zəlzələ zamanı valideynini itirmiş uşaqlara və Qarabağ şəhidlərinin övladlarına həsr edib. Müğənni mükafatdan əldə olunan gəlirləri uşaqlara xərcləyəcəyini deyib. Onun bu addımı alqışlarla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə