Rejissor Aleksandr Sokurov “Nağıl” filminin nümayişinə qadağa qoyulduqdan sonra peşəkar karyerasını bitirdiyini bildirib.

O, artıq yeni layihələr üzərində işləmədiyini bildirib. Rejissorun sözlərinə görə, “Nağıl”ının yayımlanmasından imtina edildiyi üçün onun peşəkar karyerası başa çatıb.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə NEWS.ru-ya müsahibəsində bildirib.

...Amma rejissor Rusiyanı tərk etmək fikrində deyil.

“…Niyə öz potensialımı xaricdə həyata keçirməliyəm? Niyə onlar yox, mən getməliyəm?”

…Qeyd edək ki, RBC bunu Sokurovdan sitat gətirir.

Xatırladaq ki, noyabrın 19-da Moskvada “Nağıl” filminin özəl nümayişi baş tutdu. Film İkinci Dünya Müharibəsi hadisələrindən bəhs edir və şəxsiyyətin tarixdəki rolu eləcə də siyasi liderlərin məsuliyyəti ilə bağlı suallar doğurur,

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə