Reper Quf Yeni il konsertlərində rep deməyəcək..?

Reper Quf (Aleksey Dolmatov) bayram korporativ tədbirlərində çıxışlarını ləğv edib.

SİA-nın “news.ru”-dan əldə etdiyi məlumata görə, musiqiçi hazırda Taylanddadır və yaza qədər orada olmağı planlaşdırır.

Bildirilir ki, reperin dekabrın 14-də Moskvada planlaşdırılan konserti ləğv olunmaq təhlükəsi ilə üzləşib.

Əgər konsert ləğv olunarsa, repçi cərimə ödəməli və satılan biletlərin pulunu qaytarmalı olacaq.

Ehtimallara görə, Quf bu qərarı əsəb böhranından sonra verib. Əvvəllər o, əlində mis düyünlərlə keçmiş həyat yoldaşı Yuliya Korolevanın Pxketdəki villasına girməyə çalışdığı bir video yayımlamışdı.

Bu arada reperin bacısı Olqa Dolmatova mikrobloqda ifaçının stress səbəbindən çıxışlarını yarımçıq qoyması ilə bağlı yayılan xəbərləri təkzib edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə