Fərda Müşfiqdən incikliyinin səbəbini AÇIQLADI

"MTV Azərbaycan" kanalında "10-da görüşək" verilişinə qonaq olan Fərda Amin, köhnə dostu Muşfiq Şahverdiyevdən incidiyini açıqlayıb. SİA xəbər verir ki aktyor, "Cin atı" filminin qalasına dəvət edilmədiyini etiraf edib:

"Müşfiqlə uzaqdan-uzağa münasibətimiz yaxşıdır. Mən şəxsən onun özündən dəvət gözləyərdim, amma eləmədi. Yəqin başı qarışıq olub. Mən gələn bütün qonaqlarımı şəxsən dəvət etmişəm hər zaman, çünki gələn məni izləyir ekranda. Bizim onunla çox dərin bağlarımız vardı. Bunu tamaşaçı da bilir. Heç zəng də eləmədi, dəvət də. Uman yerdən küsərlər. Allah işini avand eləsin".

Bütün xəbərlər Facebook səhifəmizdə