Fotosessiya etdirən modelin başına iş gəlib - FOTOLAR

Kaliforniyada okean kənarında fotosessiya etdirən modelin başına iş gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, rusiyalı model Kate Loshkareva Kaliforniyada okean kənarında fotosessiya zamanı nəhəng dalğaya tuş gəlib. Dalğanın təsirindən müvazinətini itirən düşən model suya düşüb. Bu zaman qayalara çırpılan model bədən xəsarətləri alıb.

Qəzadan sonra rusiyalı model helikopterlə xəstəxanaya aparılıb. Ciddi xəsarət almadığı üçün dərhal evə buraxılan model sosial şəbəkə hesabından etdiyi paylaşımla səhhətinin yaxşı olduğunu deyib: "Səhhətim yaxşıdır. Bella Hadid kimi olmaq istəyirdim, amma sonunda Titanikdəki Cek kimi oldum".

Bütün xəbərlər Facebook səhifəmizdə