85 yaşlı məşhur aktrisa 20 yaşlı sevgili axtarır

85 yaşlı Hollivud ulduzu Ceyn Fonda gənc sevgilisi olmasını istədiyini etiraf edib. SİA xəbər verir ki, bu barədə “Daily Express” yazıb.

“Bunu deməyə utanıram, amma sevgilim olsaydı, onun 20 yaşı olmasını istərdim. Çünki köhnə dəridən xoşum gəlmir”, - aktrisa komediya ustası Hizer MakMahan ilə verilişin çəkilişlərində deyib.

2022-ci ilin dekabrında aktrisa ikinci dəfə xərçəngə qalib gəldiyini açıqlayıb. O qeyd edib ki, xərçəng - qeyri-Hodgkin lenfoması remissiya mərhələsindədir. Xəstəliyin səngiməsi diaqnozdan cəmi bir neçə ay sonra məlum olub.

Bütün xəbərlər Facebook səhifəmizdə