Orbakaite Rusiyaya əlavə pul qazanmağa gəlib?

...Uzun müddətdir ABŞ-da məskunlaşan müğənni Kristina Orbakaite Rusiyaya qayıdıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, sənətçi NEWS.ru jurnalistləri üçün təbəssümlə poza verdiyi "İlin mahnısı" tədbirində diqqət çəkib.

Musiqi tənqidçisi Sergey Sosedov, müğənninin Rusiya televiziya ekranlarına qayıtmasının tamaşaçılar tərəfindən yaxşı qarşılanacağını, lakin vaxtilə onun iştirakı ilə cəkilən "Hamiləlik testi" serialının uğurunun çətin olduğunu söyləyib. Ekspertin fikrincə, bu, artıq filmlərdə çəkilmiş sənətçinin özü ilə deyil, Rusiya kinosunun hazırkı durumu ilə bağlıdır.

Bu arada Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin öz növbəsində bildirib ki, ölkəni tərk edən müğənnilər Alla Puqaçova və Kristina Orbakayteni Yeni il işıqları və korporativ tədbirlərdə başqa sənətçilər, deyək ki, Valeriya və ya Larisa Dolina əvəz edə bilər.

Həmçinin, onun fikrincə, Filip Kirkorov bu vəzifənin öhdəsindən gələcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə