Priqojin Nərgizi “rəzil məxluq” adlandırıb

Nərgizin özünü Zelenskinin köməkçiləri kimi təqdim edən prankerlərlə internetdə yayımlanan söhbəti yerli şou-biznes nümayəndələrinin kəskin reaksiyasına səbəb olub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, guya İosif Priqojin o qədər qəzəbli olub ki, hətta emosiyalarını da saxlaya bilmirmiş.

...O, sadəcə olaraq tam bir əclafdır: indiyə qədər rastlaşdığım ən iyrənc məxluqdur. Nərgizin dediyini “bizim oğlanlara atdığın raketin üzərinə mənim adımı yaz!” deyimini eşidəndə mən necə reaksiya verməliyəm?

Priqojin deyib bunu.

...Daha sonra o, daha az radikal tədbirlərdən danışıb.

Belə ki, Priqojin Zakirovanı “bir neçə həftəlik həbsə” atmağı məsləhət bilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə