İlham Qasımov təyinatı ilə bağlı paylaşım etdi - FOTO

Xəbər verdiyimiz kimi, aktyor İlham Qasımov ötən həftə Heydər Əliyev Sarayına direktor təyin edilib. SİA xəbər verir ki, İlham təyinatı ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Heydər Əliyev Sarayının qarşısında çəkilən fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşən Qasımov bu sözləri yazıb: “Mədəniyyət naziri cənab Adil Kərimlinin əmri ilə Heydər Əliyev Sarayının direktoru vəzifəsinə təyin olundum. Həyata keçirdiyim bütün layihələrdə Azərbaycan mədəniyyətinə xidməti özumə mənəvi borc bilmişəm. Bu vəzifədə bir çox maraqlı layihələri inamla həyata keçirməyə davam edəcəyəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə