Mehin Hümbətova tamamilə dəyişdi - FOTOLAR

Müğənni və aparıcı Mehin Hümbətova fərqli obrazda kamera qarşısına keçib. SİA xəbər verir ki, söz və musiqisi Rafael Şabanova aid “Oxu tar” adlı bəstənin ekranlaşdırılması Lənkəranda reallaşıb. Mahnının sözlərinə uyğun olaraq drammatik ab-hava yaradılıb, həmçinin Mehinin moda sahəsinə olan marağı klipində də biruzə verilib. Hümbətova staylinqini özü edib və cəlbedici obrazlarda görünüb. Düz saçları sevməsə də, Mehin tamaşaçıların qarşısına bu dəfə fərqli obrazda çıxmaq istəyib.

Meneceri Vüqar Husiyevin təklifi ilə fərqli saç modellərində kamera qarşısına keçən Hümbətova obrazının seviləcəyini düşünür.

V. Husiyevin prodüserlik etdiyi layihənin rejissoru da Royal Safarovdur (Eresmoon).

Layihə bütün musiqi platformalarında dinləyicilərə təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə