Anjelika Varum ictimaiyyət qarşısına çıxıb

...Müğənni Anjelika Varum mahnını “1811 Eighteen One One” brendinin təqdimatında ifa edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Gazeta.Ru”-ya brendin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilir ki, tədbirin sonunda Anjelika Varum şou-baletin müşayiəti ilə çıxış edib. Müğənni uzun müddətdən sonra ilk dəfə səhnədə mahnı ifa edib. Axşam üçün o, dəri şalvar və dərin dekolteli ağ köynək seçib. O, həmçinin saçlarını köklərə qədər həcmli şəkildə tərtib edib və axşam makiyajını da edib.

Gecənin qonaqları arasında Kseniya Sobçak, Svetlana Bondarçuk, Zara, Qlükoza, Maşa Fedorova, Aleksandr Roqov, Kseniya Solovyova, Aleksey Jidkovski, Aleksandr Arutyunov, Madonna Mur, Daria Klyukina və başqaları da olub.

Yeri gəlmişkən, Leonid Aqutin və Anjelika Varum 1997-ci ildən birlikdədirlər. Aşiqlər 2000-ci ilin yayında evləniblər və toylarını da Venesiyada ediblər. Bu,

Onu da qeyd edək ki, bu Aqutinin üçüncü evliliyidir. İlk dəfə 20 yaşında evlənib, lakin tez də boşanıb. İkinci həyat yoldaşından Polina adlı bir qızı var.

Aqutin və Varumun evliliyində Yelizaveta adlı bir qızı dünyaya gəlib.

…Leonid Aqutin bir neçə dəfə Anjelika Varumdan boşanmaq ərəfəsində olduğunu da etiraf edib.

2011-ci ildə sənətçi həyat yoldaşına xəyanət etsə də, o, onu bağışlayıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə