Şəbnəm Tovuzludan tərzini bəyənməyənlərə sərt cavab

Şəbnəm Tovuzlu zövqsüz müğənnilər sırasında adının çəkilməsinə narazılığını bildirib. SİA xəbər verir ki, sənətçinin onu tənqid edənlərə cavabı gecikməyib: "Gələn deyir stilini dəyiş. Axı mənim stilimə nə olub? Mən hər zaman özümə yaraşanı geyinirəm. Kliplərimdə stilistə müraciət edirəm. Elnurla, Anarla çalışmışam. Amma gündəlik geyimimdə bir xanım olaraq öz fikrim, öz zövqüm var. Hər gün hər şeyi seçərək geyinməyə məcburuq? Elə olur ki, insanın kefsiz zamanı olur. Bəzən bunu çox qabardırlar. Elələri var dəbli geyinir amma yaraşmır. Mən musiqimlə, sənətimlə bağlı çalışıram, inkişaf edirəm, öyrənirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə