Monika Belluççinin qızı son halı ilə diqqət çəkdi - FOTOLAR

Deva Kassel "Gen V" nəşrinin qış nömrəsinin üz qabığının qəhrəmanı olub. SİA xəbər verir ki, Monika Belluççi və Vincent Kasselin 19 yaşlı qızı qeyri-adi fotosessiyada rol alıb, həm müsahibə verib. Qız müsahibəsində modellik karyerası ilə bağlı arzularından danışıb. Çəkiliş üçün "Dolce & Gabbana", "Dior", "Givenchy", "Jacquemus", "Maison Margiela", "MSGM" və digər lüks brendlərin geyimlərində kamera qarşısına keçən Deva britaniyalı fotoqraf Riçard Burbricə pozalar verib. O, uşaqlıqdan moda və fotoqrafiya ilə maraqlandığını, lakin aktrisa olmağı heç vaxt planlaşdırmadığını etiraf edib. Bu il model "Gözəl yay" adlı filmi ilə debüt edib və onun iştirakı ilə tezliklə "Netflix"də "Leopard" serialı yayımlanacaq.

"Uşaqlığımda aktrisa olmaq istəmirdim. Uşaqlıqda hamı məndən bu barədə soruşurdu və bu, məni karyera qurmaq barədə düşünməyə vadar edirdi. Lakin zaman keçdikcə kino və onun təklif etdiyi təcrübələr haqqında daha çox maraqlanmağa başladım. Anamın evdə saxladığı nəhəng moda kitablarını vərəqləyirdim. Hər şey o qədər gözəl idi ki, həyatımın bir dönəmində bu sənayedə işləmək istədiyimi bilirdim. Amma onu bu qədər sevəcəyimi və bundan qazanc əldə edəcəyimi gözləmirdim", - Deva vurğulayıb.

İndi Deva geyim kolleksiyası yaratmaq üçün brendlərdən biri ilə əməkdaşlıq etməyi xəyal edir: "Mənim məqsədlərimdən biri brendlərlə öz kapsulumu yaratmaq və 30 yaşıma kimi dünyanı səyahət etməkdir".

Deva müsahibədə valideynlərindən də söz açıb: "Onlar mənə həmişə irəliyə baxmağı, həmişə özümü qorumağı, həmişə mehriban olmağı və möcüzəni həmişə xatırlamağı öyrətdilər. Başqa çox şeylər var, amma mahiyyət ondan ibarətdir ki, onlar mənə gözlənilməz vəziyyətlərin öhdəsindən gəlməyi və həmişə olduğu kimi öz qaydalarımla yaşamağı, eyni zamanda insanlara və ətraf mühitə hörmətlə yanaşmağı öyrətdilər".

Bütün xəbərlər Facebook səhifəmizdə