Futbolçu Neymar və həyat yoldaşı Bruna Biankardi qızlarının doğulmasından bir ay sonra yollarını ayırıb. SİA xarici mətbuata əsasən xəbər verir ki, model izləyicilərinin suallarına cavab verərək futbolçu ilə münasibətlərinin bitməsi ilə bağlı yayılan şayiələri təsdiqləyib. Bundan əvvəl də bir neçə dəfə Neymarın xəyanətləri ilə bağlı səs-küylü qalmaqallar baş vermişdi. Cütlük aralarındakı problemləri həll etməyə çalışsalar da yenə də münasibətlərini xilas edə bilməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə