Türk serialı olan "Kızılcık şerbeti" heyətində dəyişiklik ediləcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, serialda türkiyəli müğənni Ajda Pekkan da rol alacaq.

İfaçı burada elə özünü canlandıracaq. O, dekabrın 29-da, 45-ci bölümdə izləyicilərin qarşısına çıxacaq.

Xatırladaq ki, bir müddət əvvəl Pekkan açıqlamasında sözügedən serialı bəyəndiyini bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə