Mina Hüseyn nişanlısından ayrıldı

"Xəzər TV"də yayımlanan "İncə səhər” verilişində qonaq olan Mina Hüseyn şəxsi həyatı ilə bağlı açıqlama verib. SİA xəbər verir ki, müğənni, nişanlısı ilə yollarını ayırdığını bildirib: "Uzun müddətdir ki, nişanımı qaytarmışam. İlk dəfə açıqlama verirəm. Bilirsiniz ki, boşandıqdan bir müddət sonra nişanlanmışdım. Ayrıldım, ona görə ki,mənə uyğun insan deyildi. İkinci dəfə eyni hadisələri yaşamaq istəmədim. Qadağalar, evə həbs etməklər...”.

Xatırladaq ki, Mina Hüseyn ötən il gizli şəkildə nigaha daxil olmuşdu. Qısa müddət sonra aralarında yaranan anlaşılmazlıqlar səbəbilə cütlük yollarını ayırmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə