Rəhman Rəhmanov vəsiyyətini AÇIQLADI

Əməkdar artist Rəhman Rəhmanov "KANAL S" də "Çıxış yolu" verilişinə verdiyi müsahibəsi ilə sevənlərini kədərləndirib. SİA xəbər verir ki, əməkdar artist vəsiyyətini açıqlayıb: "Bir vəsiyyətim vardı, Emil məni qabaqladı. Onun baş daşında yazılan yazını özüm üçün yazdıracaqdım. Bir çox mahnının ifaçısını, sevən könüllərdə axtararsınız. Özüm üçün isə rolların ifaçısını yazacaqdım. Emil üçün dəyişdim sözləri. Mənə qismət olmadı. İki oğlum da əlimdən getdi. Amma vəsiyyətimdir ki, mən öləndə oğullarımın dostlarının çiynində gedim".

Aktyor daha sonra göz yaşlarını saxlaya bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə