Robert De Niro Donald Trampı tənqid atəşinə tutub

Aktyor Robert De Niro, Martin Skorsezenin “Çiçək ayın qatilləri” filmindəki roluna görə ona fəxri mükafat təqdim olunanda qalmaqal yaradıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri TMZ yayıb.

Qəbul nitqini oxumağa başlayan De Niro, onun xəbəri olmadan redaktə edildiyinə görə qəzəblənib.

Yeni filmin mövzusundan danışan 80 yaşlı sənətçi qərb aktyoru Con Ueyni (1907-1979) yerli amerikalılardan torpaqların alınmasını dəstəklədiyinə görə tənqid edib.

Daha sonra o, ABŞ-ın keçmiş prezidenti Donald Trampa hücum edib.

…Keçmiş prezident Ağ Evdə işlədiyi dörd il ərzində bizə otuz min dəfə yalan danışıb. Və o, yeni qisas kampaniyasında yalan danışmağa davam edir, lakin heç bir yalan onun əsl ruhunu gizlədə bilməz.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə