Bu arada 65 yaşlı amerikalı müğənni Madonna “Celebration” dünya turnesi çərçivəsində Milanda verdiyi konsert zamanı Papa ilə “məzələnib”.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ifaçı ictimaiyyət qarşısına kapüşon geyinərək çıxıb, onun sinəsində qanadları yanan katolik keşişinin portreti və üzərində Madonna yazısı olan tikmə görüntülənib.
Mənbənin sözlərinə görə, jurnalistlər Madonnanın Mediolanum Forumunda çıxış etdikdən sonra oteldən çıxarkən fotolarını çəkiblər.
Xatırldaq ki, müğənni bundan əvvəl Papanı öz imzalı köynəyində görmək istədiyini demişdi. Xəbərdə deyilir ki, 2015-ci ildə Nyu-Yorkda konserti zamanı Madonna Papa Fransisi “çox açıq fikirli” olduğuna görə tərifləyib və ona “La Vie en Rose” mahnısının səmimi versiyasını həsr edib.
Yeri gəmişkən, bir müddət bundan əvvəl Londonda çıxışı zamanı Madonna səhnəyə Ukrayna bayrağına bürünmüş halda çıxmışdı.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB