Türkiyə ekranlarının məşhur serialı "Arka Sokaklar" serialı yeni mövsümündə heyətini genişləndirməyə davam edir. SİA xəbər verir ki, noyabrın əvvəlində "Komiser Mehmet" obrazı ilə serialın heyətinə qatılan məşhur aktyor Pamir Pekindən sonra komandaya məşhur aktrisa Burcu Kara da qoşulub.
Bildirilib ki, sevilən aktrisa serialın növbəti bölümlərində tamaşaçıların qarşısına çıxacaq.
Aktyorluq karyerasına uzun müddət ara verdikdən sonra ekranlara qayıdan sənətçi, serialda İstanbul Narkotiklə Mübarizə Şöbəsinin komissarı "Seval Aslan" rolunu canlandıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB