Zaur Günay Baxşəliyevlər oğlu Davudun 3 yaşını qeyd ediblər. SİA xəbər verir ki, cütlük bu münasibətlə sevənlərini bir araya toplayıb. Zaur "instagrqm" hesabında övladını təbrik edib: "Davudun 3 yaşı bu gün tamam olur. 3 il bir göz qırpımında keçdi. Allah bütün balaları qorusun. Allah hər bir ailəyə nəsib etsin övlad sevincini. MaşAllah olsun bütün balalara".
Qeyd edək ki, cütlük 2012- ci ildə ailə qurub. Onların Dilavər adlı qız və Davud adlı oğul övladı var.
Bütün xəbərlər Facebook səhifəmizdə