Rusiyalı balerina Litva vətəndaşlığından çıxarılır?

Litva Daxili İşlər Nazirliyi ölkə prezidenti Gitanas Nausedaya rusiyalı balerina və aktrisa İlze Liepanın ifadələrini yoxladıqdan sonra onun vətəndaşlıqdan məhrum edilməsi təklifi ilə müraciət göndərib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə nazirliyin mətbuat xidməti xəbər verir.

Qeyd edək ki, noyabrın 13-də Litva Liepanın ölkə vətəndaşlığından məhrum edilməsi prosesinə başlayıb.

Miqrasiya Departamenti “səlahiyyətli idarələrdən” balerinanın Ukraynadakı münaqişə və Rusiya prezidenti Vladimir Putinlə bağlı açıqlamalarını qiymətləndirməyi xahiş edib.

“Liepa öz hərəkətləri və ictimai bəyanatları ilə Litva Respublikasının təhlükəsizlik maraqlarına təhdid yaradır”.

Deyim ki, Litva Daxili İşlər Nazirliyi Liepanın açıqlamalarını belə qiymətləndirir.

Onlar Liepanın Rusiyanın Ukraynadakı hərbi əməliyyatını dəstəklədiyini və Baltikyanı ölkələrin siyasətini pislədiyini vurğulayıblar.

Yeri gəlmişkən, Rusiyanın xalq artisti 2000-ci ildə Litva vətəndaşlığı üçün müraciət edib, çünki o, litvalı sənətçi Petras Skirmantasla duet ifa edirlər deyə, ərizəsi təmin olunub və ona Litva pasportu verilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə