2015-ci ilin avqus ayında Nyu-Yorkda restoranlarda birində baş vermiş hadisədə xarici aktyor Ceymi Foks qadına qarşı cinsi təcavüzdə günahlandırılır. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun haqqında məhkəmədə iddia qaldırılıb.
Belə ki, qadın həmin gün axşam restorana gəldiyini və bir neçə saat sonra Foksdan rəfiqəsi ilə birlikdə şəkillərini çəkməsini istəyib. Sərxoş olduğu iddia edilən Ceymi onlarla razılaşıb. Daha sonra aktyor qadına gözəl bədənə sahib olduğunu söyləyib.
Sonra qadının əlindən tutaraq restoranda tənhalığa aparıb. Qadının sözlərinə görə, aktyoru özündən uzaqlaşdırmağa çalışdığını restoran işçiləri və digər qonaqlar görsə də buna mane olmayıblar.
55 yaşlı aktyor ittihamlara hələlik cavab verməyib. Məsələ ilə bağlı hazırda arşdırma davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB