Tolik açıqlaması ilə diqqət çəkib

Aparıcı və prodüser Tarix Əliyev (Tolik) açıqlaması ilə diqqət çəkib. SİA xəbər verir ki o, qonaq olduğu "Xəbəriniz var?" maqazin verilişində Qarabağa köçüb orada işləmək arzusundan danışıb: "Tam səmimiyyətimlə deyirəm, Qarabağımızın İstənilən bölgəsində televiziya açılsa və mənə orada kanalın baş prodüseri kimi və ya hansısa mədəniyyət idarəsində iş versələr, təbii ki, öz sahəmə uyğun "şələ-şüləmi" yığıb gedib orada yaşayaram və işləyərəm", - deyə Tarix Əliyev bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə