Alla Puqaçevanın şəxsi dərzisi Lyubov Aksenova, ifaçının sağlamlığına ziyan vuran konsertlərdə tez-tez çıxış etdiyini etiraf edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “kp.ru” yazıb.
Beləliklə, dərzinin dediyinə görə, Papa Karlo kimi çox işləyən Alla bədbəxt insandır.
Yenə dərzinin dediyinə görə, Puqaçova uzun müddət sol ayağındakı şiddətli ağrılardan şikayətlənib – yəni bizlərdə deyildiyi kimi, müğənni ayağını yerə basa bilməyib.
...Konsertdən əvvəl ayaqqabılarını atıb səhnədə ayaqyalın gəzirdi. Və mən bu ayaqqabıları qoruyurdum. Buna baxmaq mənim üçün ağrılı idi.
Bu da dərzinin etirafıdır.
...Bu gün Allanın hələ də vətənində yaxşı və sadiq dostları var, Puqaçova onlarla ünsiyyət saxlayır. Onun yaxın ətrafına bir neçə nəfər daxildir.
Bunu deyən Puqaçovanın dərzisi onu da əlavə edib ki, əgər pərəstişkarları oxşar tələbi açıq şəkildə səsləndirəcəkləri televiziya proqramı hazırlasalar, müğənni Rusiyaya qayıda bilər.
Yeri gəlmişkən, noyabrın 11-də Alla Puqaçova İnstaqramda rus xalqına sevgisindən yazmışdı.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB