Nikaraqualı iştirakçı Şeynnis Alondra Palasios Kornexo “Kainat gözəli” müsabiqəsinin qalibi elan edilib. SİA xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. El Salvadorda keçirilən müsabiqənin finalında 23 yaşlı qız taca layiq görülüb. İkinci yeri Tailand təmsilçisi 27 yaşlı Antonia Porsild tutub.
Qeyd edək ki, “Kainat gözəli” müsabiqəsi 2024-cü ildə Meksikada keçiriləcək.
“Kainat gözəli” hər il keçirilən beynəlxalq gözəllik müsabiqəsidir, dünyanın ən nüfuzlu gözəllik yarışmalarından biridir. Bu il tədbirdə 80-dən çox ölkədən qadınlar iştirak edib. Bundan əvvəl “Miss Universe” müsabiqəsini təşkil edən Tailandın “JKN Global Group” şirkəti müflis olduğunu elan etmişdi.
"JKN Global Group" 12 milyon dollarlıq krediti sentyabrın 1-dək ödəməli idi, lakin bunu edə bilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB