Epi ləqəbli reper Əkbər Novruzlu Azərbaycanı tərk edib. SİA xəbər verir ki, bu barədə reper özü sosial mediada məlumat yayıb. Qayıtmaq fikrində olmadığını deyən məşhur səbəbini şəxsi həyatında yaşanan problemlərlə izah edib və ciddi travmalarla üzləşdiyibi vurğulayıb.
"Bu oyunda başıma gəlməyən qalmadı və çətin yollardan keçdim, yanımda olan hamıya dərin təşəkkürümü bildirirəm artıq getmək vaxtı idi. İnsanların məni artıq bəyənmədiyini, rəylərdə ağızlarına gələni danışdığını gördüm və şəxsi həyatımda çox pis şeylər yaşadım. Layiq olmadığım şeylərə görə insanların məni ittiham eləməklərinə tab gətirə bilmədim. Heç kim döyüşdən sonra heç cür beynimi toparlaya bilmədiyimi, atamın ölümünün mənə necə sərt təsir göstərdiyini anlamadı, ən yaxın dostumuz Zauru ürəyindən bıçağlayıb öldürdülər və daha bir çox səbəbə görə ruhdan düşdüm və əmin olun mən Bakını çox sevirəm, amma qalsaydım, intahar edəcəkdim. Çünki ağlınıza gəlməyəcək dərəcədə içimdəki Epiyə yaraşdırmadığım şeylər yaşadım, uşaqlıq arzum maşınımı dəyər-dəyməzinə satdım. Hazırda İstanbuldayam, bu axşam adını demək istəmədiyim bir yerə uçuram məni xaricdə görən azərbaycanlılardan harda olduğumu insanlara deməməyini xahiş edirəm, özüm lazım gəlsə açıqlama verəcəm, gedə bildiyim qədər uzağa gedə bilmək üçün bir yola çıxıram, bəlkə tez bir zamanda qayıtdım, bəlkə də heç gəlmədim. Əlvida uşaqlar, əlvida Nərimanov, Əlvida mama!", - reper açıqlamasında qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB