Məşhur türk aparıcı, yazar, səs aktyoru Metin Uca bu gün gecə saatlarında vəfat edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, o 62 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Bildirək ki, məşhur sima noyabrın əvvəlində avtomobilini idarə edərkən halı pisləşdiyi üçün qəza törədib. Onun şah damarlarının tıxandığı məlum olub.
Həmçinin, 15 noyabrda əməliyyat olunan aprıcının vəziyyətinin ağır olduğu açıqlanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB