Amerikalı model Kim Kardaşyan “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haaland ilə görüşünün xatirələrini bölüşüb. SİA xəbər verir ki, Kardaşyanın oğlunun Haalandın fanatı olduğunu bildirib.
“Mən İtaliyada olanda Erlinq Haalandı gördüm. Sanki cəhənnəmə düşmüş kimi qorxdum. Oğlum onun böyük fanatıdır.
Tədbirdən oğluma zəng vurarkən özümü uğursuz biri kimi hiss etdim. Ona dedim ki, əzizim, mənim kiminlə qarşılaşdığımı heç vaxt təxmin etməyəcəksən!”, – “GQ Sports” Kardaşyandan sitat gətirib.
Kardaşyan və Halland keçən yay “Dolce & Gabbana” brendinin tədbirində tanış olublar.
Bu mövsüm norveçli bütün turnirlərdə 18 matçda iştirak edib, 17 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB