Baş rolları Kıvanç Tatlıtuğ ilə Beren Saatın oynadığı "İstanbula son zəng" filminin Nyu-Yorkda Paris Kinoteatrında xüsusi nümayişi keçirilib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, "Netflix"in İctimai Siyasətlər üzrə Vitse-Prezidenti Din Qarfild və "Netflix Türkiyə" üzrə vitse-prezidenti Maykl Azzolinonun təşkilatçılığı ilə baş tutan gecədə aktyorlar Kıvanç Tatlıtuğ və Beren Saat, rejissor Gönenç Uyanık və ssenarist Nuran Evren Şit iştirak edib. Böyük marağa səbəb olan gecəyə Nyu-York incəsənət və kino ictimaiyyətinin bir çox simaları da qatılıb.
Tədbir üçün krem rəngli uzun libas seçən 39 yaşlı aktrisa parlaq və heyrətamiz obraz yaradıb. O, saf gözəlliyi ilə hər kəsi özünə heyran qoyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB