Rusiyada komediya ustası kimi tanınan Qarik Oqanisyan konsert verməli olduğu Gürcüstana yenidən buraxılmadığını deyib. SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə İnstaqram hesabında bildirib.
Belə ki, “...məni yenidən Gürcüstana buraxmadılar” deyən Oqanisyan, “...görünür, erməni pasportu olsa belə, mən bütün ölkənin milli təhlükəsizliyinə təhdid edirəm”, - deyərək yazıb.
Qeyd edək ki, o, Tbilisinin mərkəzində yerləşən Buxari klubunda çıxış etmək arzusundadır.
O, çıxışı üçün bilet alanlardan da üzr istəyib və onların geri qaytarıla biləcəyinə söz verib.
Xatırladaq ki, 2022-ci ilin iyulunda da Oqanisyanın ölkəyə girişinə icazə verilməmişdilər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB