Dilan və Engin Polat ikinci həbs qərarına etiraz ediblər

İki həftə əvvəl həbs edilən məşhur türk simalardan olan Engin-Dilan Polat cütlüyü müğənni Banu Parlakın gözəllik mərkəzinin atəşə tutulması ilə bağlı aparılan məhkəməyə çıxarılıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, cütlük məhkəmədə günahkar bilinərək növbəti dəfə həbs olunub.

Qərarı eşidən Dilan "Engin, bizim günahımız yoxdur. Onları Allaha tapşırıram" deyərək, dizini yerə qoyub ağlayıb.

Cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq, çirkli pulların yuyulması və vergi qanunlarını pozmaq cinayətləri ilə barələrində həbs qərarı çıxarılan Dilan və Engin Polat ikinci həbs qərarına etiraz ediblər.

Banu cütlüyün ikinci dəfə həbs edildiyini eşidən kimi, rəqs videosu yayımlayaraq, sevincini bölüşüb.

Qeyd edək ki, türk müğənni Banu Parlakın sahibi olduğu gözəllik mərkəzi atəşə məruz qalıb. Hadisədən sonra polis məsələ ilə bağlı araşdırma aparıb. Hadisədə şübhəli qismində Dilan və Engin göstərilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə