Adriana Lima yeni halı ilə gündəmə gəldi - FOTO

Məşhur xarici model Adriana Lima yeni halı ilə gündəmə gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, modelin üzü tamamilə dəyişib. Belə ki, üçüncü dəfə ana olan modelin bu halı izləyiciləri tərəfindən bəyənilməyib. Bu günlərdə bir neçə dəfə bıçaq altına yatan Adriana "Aclıq oyunlarının" premyerasında görüntülənib. Onun başqa bir plastik əməliyyat etdirdiyi məlum olub. Gözlərini dartdıran model onları "tülkügöz" formasına saldırıb.

İzləyicilər onun üzünün şiş olduğunu, fərqli və pis göründüyünü yazıblar. Sosial şəbəkə izləyiciləri bir gözün çox dartıldığını, digərindən fərqləndiyini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə