Puqaçova Rusiyada çıxış etməzdən əvvəl mövqeyini dəyişməlidir
Musiqi tənqidçisi Aleksandr Volkova görə, müğənni Alla Puqaçova yalnız siyasi mövqeyini açıq şəkildə dəyişdiyi təqdirdə yenidən Rusiya ekranlarında görünə bilər.
SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini “FederalPress” yayıb.
...Mətbuatda müəyyən dairələr Puqaçovanı dəstəkləməkdə davam edir. Bu səbəbdən internetdə çoxlu saxta xəbərlər peyda olur. İstənilən ciddi mediada görünmək üçün Allanın çox ciddi hazırlığı, həm də mövqeyində dəyişiklik olmalıdır ki, bu, da ağlasığmazdır.
Qeyd edək ki, bir müddət bundan əvvəl “Mash Telegram” kanalı Alla Puqaçovanın Yeni il bayramlarında səhnəyə qayıda biləcəyini istisna etməmişdi.
Onu da qeyd edək ki, Puqaçova Kipr və Dubayda da çıxış etməyi planlaşdırır. Bəzi iddialara görə, onun Moskvada da gizli konsertlərinin keçirilməsi mümkündür.
... Telekanalın məlumatına görə, Puqaçova çıxışlarına görə 500 min dollara qədər pul ala bilər ki, bu da 2020-ci illə müqayisədə 150 min dollar çoxdur. Mənbələr qeyd edib ki, ödənişə yerləşmə, nəqliyyat və ya sürücünün şərtlərinə uyğunluq xərcləri daxil deyil.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB