Kim Kardaşyan "Skims" üçün soyundu - FOTO

Amerikalı televiziya ulduzu Kim Kardaşyan özünün "Skims" brendi üçün açıq-saçıq obrazda rol alıb və bu dəfə də pərəstişkarlarını təəccübləndirməyi bacarıb. SİA xəbər verir ki, şəxsi instagram səhifəsində şəkillərini paylaşan 43 yaşlı ulduz fotolardan birində ağ ipək şortikdə, çılpaq sinəsini buz konki ilə örtərək poza verib. Mavi tonlarda makiyaj, sarışın parik onu tanınmaz dərəcədə dəyişib.

Pərəstişkarları paylaşımın altındakı şərhlərdə fotosessiyanı yüksək qiymətləndiriblər. "Bu çəkilişin konsepsiyası çox gözəl və yaxşı hazırlanıb", "1990-cı illərdə kitabxanada vərəqlədiyim vintage jurnallara bənzəyir. Böyük nostalji”, “Çox gülməli və əyləncəlidir”, “Brilliant fotosessiya”, “Marketinq ikonu” kimi şərhlər yazıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə