Rusiyalı müğənni “Axmat” xüsusi təyinatlılarının əsgərləri ilə görüşüb
Rusiyalı müğənni Viktoriya Tsıqanova həyat yoldaşı Vadimlə birlikdə xüsusi əməliyyat zonasına baş çəkib və “Axmat” xüsusi təyinatlılarının əsgərləri ilə görüşüb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri bazar ertəsi, noyabrın 13-də Çeçenistan rəhbəri Ramzan Kadırov verib.
...Bu gün Rusiya 21-ci əsrin böyük bəlası ilə - satanizmin iyrənc ideyalarının yayılması ilə üz-üzədir. Və bu pis ruhlarla mübarizədə “Axmat” sıralarında heç vaxt fikir ayrılıqları və parçalanmalar olmayıb və olmayacaq.
Qeyd edək ki, bunu Telegram kanalında yazan Kadırov Tsıqanov cütlüyünün Çeçenistan xüsusi təyinatlılarının əsgərləri ilə danışdığı videonu da yayımlayıb.
...“Axmat” komandiri Apty Alaudinov ulduz cütlüyə göstərdi ki, indi xüsusi təyinatlıların əsgərləri arasında müxtəlif dinlərin nümayəndələri var, onların arasında heç bir fikir ayrılığı yoxdur.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB