Sonuncu dəfə 2020-ci ildə "Siyasətçi" serialına çəkilən Oskar mükafatlı gözəl aktrisa Qvinet Peltrou daha sonra aktyorluğa fasilə verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Nyu-Yorkdakı CFDA Moda Mükafatları mərasimində "Entertainment Tonight"a danışan Peltrou, onu peşəyə qayıtmağa inandıra biləcək yalnız bir aktyorun olduğunu söyləyib.
Hazırda bir layihəsi olmayan və mövzu ilə bağlı danışan aktrisa Qvunet Peltrou, "İşimlə əlaqədar olaraq hazırda rol almaq mənim üçün çox çətindir, lakin Robert Downey Jr-ın məni hər zaman geri qaytara biləcəyini düşünürəm" deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB