Kim Kardaşyan söz verib, 2025-ci ilə qədər ərə getməyəcək...
...Sizi deyə bilmərəm, amma mən inanmıram.
Gərək ki, xəbəriniz var də, 43 yaşlı erməni əsilli amerikalı realiti-şou ulduzu Kim Kardaşyan 2025-ci ilə qədər fasilə verəcəyini, yəni növbəti dəfə ərə getməyəcəyinə söz verib.
SİA-nın əldə etdiyi məlumata görə, o günlərdə dostu, bərbər Kris Epltonla görüşən Kim Kardaşyan, ötən il sonuncu əri qara dərili reper Kanye Uestindən ayrılarkən ona iki il heç bir kişi ilə münasibət qurmayacağına and içdiyini xatırladıb.
Xatırladaq ki, Kim Kardaşyanın son sevgilisi komediya ustası Pit Devidson olub. Sevgililər 2021-ci ilin noyabrından 2022-ci ilin avqustuna qədər görüşüblər. Hə, indi nə olsun ki, həmin ərəfədə Kanye ilə evli olub.
Deyim ki, Kris Eplton Kardaşyanla söhbət əsasında onun gələcəkdə yenidən ərə getmək niyyətinin olub-olmadığını soruşduqda, çoxuşaqlı ana (Kardaşyanın 4 uşağı var) həyasızcasına bunu istisna etməyib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB