Mələkxanım müğənni kürəkəni ilə ilk dəfə efirə çıxdı

Mələkxanım müğənni kürəkəni ilə ilk dəfə efirə çıxdı

Xalq artisti Mələkxanım Eyubova müğənni kürəkəni Mərdan Kazımovla ilk dəfə canlı efirə çıxıb. SİA xəbər verir ki, sənətçi qonaq olduğu "Bizimləsən" ictimai-sosial verilişində rəssam, bloqer qızı Nəzrin Nəcəfova ilə Mərdan Kazımovun nişanlanmasından danışıb: "Mərdan və qızım Nəzrin bir-birilərini seviblər. Hər bir ailə sevgi ilə qurulmalıdır. Sevgisiz ailə, çox getmir. Mənə sual verəndə ki, "uşaqlarınıza sərbəstlik vermisiniz, onlar kimisə sevsə, istəsə razılığını verərsiniz?" Hər zaman cavab verirdim ki, o İşə qarışmaram. Çünki valideyn yalnız yol göstǝrǝ, istiqamət verib, arxasında möhkəm dayana bilər. Amma əgər iki gənc həqiqətəndə bir-birini sevərsə, heç kim onlara söz deyə bilməz".

Qeyd edək ki, Nəzrin Nəcəfova ilə Mərdan Kazımov ötən ay nişanlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə