28 yaşlı məşhur modellə 48 yaşlı aktyorun münasibətləri ciddiləşib - FOTOLAR
28 yaşlı məşhur model Cici Hadid ilə 48 yaşlı aktyor Bredli Kuperin münasibətləri ciddiləşib. SİA xarici mediaya istinadən xəbər verir ki, ulduzlara yaxın bir mənbənin dediyinə görə, Kuperi təkcə supermodelin gözəlliyi deyil, həm də intellekti cəlb edir.
"Münasibətləri süərtlə inkişaf edir və ciddiləşir. Onlar hər gün birlikdə olurlar. O, onu intellektual cəhətdən də maraqlı qadın hesab edir", - mənbə bildirib.
"Us Weekly" tabloidi xəbər verib ki, Cidi və Bredli qızlarını bir-biri ilə tanış etməyi planlaşdırır. "Onlar qızları ilə birlikdə görüşməyiblər, amma bu, mütləq müzakirə etdikləri bir mövzudur. Son bir neçə həftə ərzində onlar həqiqətən də yaxınlaşıblar", - cütlüyün tanışı deyib.
İş qrafikləri çox məşğul olduğundan onlar uşaqlarını görüşdürməyə vaxt tapa bilmirlər. Lakin onlar mümkün olanda bir-birlərinə vaxt ayırmağı məqsədəuyğun hesab edirlər.
"Cici Bredlinin görüşdüyü digər kişilərdən fərqli olduğunu yüksək qiymətləndirir. O, həqiqətən yetkindir və ona çox hörmətlə yanaşır", - mənbə deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB