Britni Spears çılpaq fotolarını paylaşmasının səbəbini AÇIQLADI

Şəxsi həyatından bəhs edən kitabın nəşr olunması üçün 15 milyon dollarlıq müqavilə imzalayan müğənni Britni Spears sosial media hesabından çılpaq fotolarını paylaşmasının səbəbini açıqlayıb. SİA xarici mediaya istinadən xəbər verir ki, sənətçi bunu psixoloji amillərlə izah edib.

"Bilirəm ki, insanlar özümü çılpaq və ya yeni paltarlarda çəkməyi niyə xoşladığımı anlamır. Amma düşünürəm ki, başqaları onların minlərlə fotolarını çəksəydi, başqalarının razılığı ilə pozalar versəydilər, özümü seksual hiss etdiyim şəkildə poza verməkdən və şəkil çəkdirməkdən nə qədər həzz aldığımı anlayardılar", - ulduz kitabında etiraf edib.

Bütün xəbərlər Facebook səhifəmizdə