Bu arada Rusiyanın əməkdar artisti Mixail Gertsman dostu, müğənni Mixail Leontyevin Rusiyaya qayıtmamasının səbəbini açıqlayıb.
...Düşünürəm ki, indi Rusiyada geri dönmək üçün uyğun atmosfer yoxdur. Çoxları nə baş verdiyini anlamır. Bu gün Rusiyadakı sənət adamlarının əksəriyyəti xarici agent kimi tanınır. Bundan əlavə, Leontyev kifayət qədər qocalıb.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Mixail Gertsman deyib.
Qeyd edək ki, Gertsman, Leontyevin yenidən konsertlərə başlayacağına da şübhə etdiyini bildirib.
Xatırladaq ki, Leontyev 2022-ci ildə Rusiyanı tərk edib. O, uzun müddət media ilə əlaqə saxlamayıb və getməsinin səbəblərini açıqlamayıb. Sənətçi tanınmaqdan qorxmadan küçədə sakitcə gəzə bilməsi üçün illər əvvəl Mayamidə ev aldığını bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB