Xəbər verdiyimiz kimi, ailə qurduqdan sonra sənətdən gedən müğənni Aysel Teymurzadə "Avroviziya 2024"ün builki seçimlərində münsif heyətinə daxil olub. SİA xəbər verir ki, Aysel instaqramda müsabiqə barədə açıqlama yayıb və bildirib ki, "Avroviziya 2024" seçimlərinin daha bir mərhələsi uğurla başa çatıb.
"Öncə elan olunduğu kimi, 16 müsabiqə iştirakçısı canlı dinləmələrə keçid almışdılar. Onlardan 15-i görkəmli yerli musiqi peşəkarları və İctimai TV-nin rəhbərliyindən ibarət jüri qarşısında mahnılarını canlı ifa etdilər. Təəsüf ki, 1 ifaçı səhhətində yaranmış problemlərlərə görə yarışmaya qatıla bilmədi.
Bu mərhələnin baş tutmasında zəhməti olan hər kəsə minnətdarıq, dəyərli iştirakçıları isə gözəl çıxışları münasibətilə təbrik edirik", - Aysel qeyd edib.
Qeyd edək ki, Aysel Teymurzadə Xalq artisti Murad Adıgözəlzadə ilə evlidir, cütlüyün 3 övladı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB